Ağdamda bir ailənin 7 üzvü xəstəxanalıq oldu - Turşudan zəhərləniblər

Ağdamda bir ailənin 7 üzvü xəstəxanalıq oldu - Turşudan zəhərləniblər
SOSİAL
19:39 21.01.2018
1340

Ağdamın Çullu kəndində bir ailənin 7 üzvü qidadan zəhərlənib.

AZXEBER.COM məlumatına görə, Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır.

R. Məmmədov onu da bildirib ki, qida zəhərləməsi ilə bağlı  xəstəxanaya müraciət edən Emin və Rahib Cabbarov qardaşlarının ailəsi olub. E. Cabbarov bir həftə öncə evdə kustar üsulla hazırlanmış xiyar turşusu yeyib. Həmin vaxt görmə pozğunluğu, udma aktının pozğunluğu ilə Bərdə və Ağcabədi rayon xəstəxanalarına müraciət edib. E.Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.

Araşdırma zamanı məlum olub ki, ailə üzvləri də ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Xəstəxanaya müraciət etsələr də, turşu yediklərini bildirməyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Cabbarova Əsmər Fərhad qızı, 29 yaşlı İsmayılova Elnaz Fərhad, 28 yaşlı Cabbarova Aygün Cəbrayıl qızı, 30 yaşlı  Cabbarov Rahib  Cəbrayıl oğlu, 10 yaşlı Cabbarova Nərmin Emin qızı, 6 yaşlı Cabbarova Mafizə Emin qızı və 3 yaşlı Cabbarov Rahil Nicat oğlu iki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Klinik Tibi Mərkəzinə çatdırılıb.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ailə üzvlərinin yediyi qida məhsullarından nümunələr götürərək laboratoriyaya göndərib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma başlanıb.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ