Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA

SOSİAL
19:28 02.06.2020
773

Ağdamda məcburi köçkün qəsəbəsi karantinə alınıb.

AZXEBER.COM xəbər verir ki, rayonun "Dörd yol – 2” qəsəbəsinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılıb.

İlkin informasiyalara görə, qəsəbənin karantinə alınmasına səbəb orada müvəqqəti məskunlaşan məcburi köçkünlər arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır. 

 

Koronavirusa yoluxan qəsəbə sakinlərinin aidiyyəti üzrə xəstəxanaya yerləşdirildiyi, rayon polis şöbəsinin əməkdaşlarının isə ərazidə postlar quraraq qəsəbədə ciddi karantin rejimi tətbiq etdikləri iddia edilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, bu barədə dəqiq məlumatlar yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Müvafiq olaraq həftənin cümə günləri Operativ Qərargahın brifinqləri keçirilir və ölkədə koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunur. Bu istiqamətdə olan məlumatlar da məhz orada səsləndirilir. Amma bütün hallarda əgər yoluxma haqqında xəbər varsa, deməli doğru ola bilər. Biz bu dəqiqə üçün bu məlumatı tam təsdiq edə bilmərik. Operativ Qərargah tərəfindən yoluxma sayına görə ehtiyac olduğu təqdirdə rayon və kəndlərin adları açıqlanacaqdır. 

Amma ola bilər ki, yoluxma faktı ilə bağlı qəsəbə karantinə alınsın. Lakin bu, o demək deyil ki, bütün kənd və ya qəsəbə karantinə alınıb. Bu proses vətəndaşların təsvir etdiyi şəkildə aparılmır. Ola bilər ki, üç, beş, 15 yoluxma faktı aşkarlansın. Bu zaman yalnız o şəxslərin yaxın təmasda olduğu digər şəxslər müəyyənləşdirilir və onlardan test nümunələri götürülür. Test nümunələrinin cavabları açıqlanana qədər isə həmin şəxslərə ev izolyasiyası tətbiq edilir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:16 24.09.2020

"Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur"

12:14 24.09.2020

Toyların və yasların keçirilməsinə - Bu şərtlərlə icazə verilə bilər

11:55 24.09.2020

Kəlbəcərdə şəhid olan Həsənin qızı tələbə adını qazandı- FOTO

11:42 24.09.2020

Bakıda "protiv" sürən "Hyundai" keçiddə piyadanı belə vurdu - ANBAAN VİDEO

11:29 24.09.2020

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

11:16 24.09.2020

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandı

11:00 24.09.2020

Özəl klinikadan təqdirəlayiq addım - "Heyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq"

10:46 24.09.2020

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

10:35 24.09.2020

Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

10:21 24.09.2020

Nisə Qasımova xərçəng olduğunu etiraf etdi: “Əməliyyat olundum, bundan sonra...”

10:19 24.09.2020

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

10:17 24.09.2020

Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

09:58 24.09.2020

Bakıda kütləvi dava - Yaralılar var

09:43 24.09.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

01:06 24.09.2020

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olundu

23:47 23.09.2020

Bakıda 20 yaşlı gənc bıçaqlandı

X Mostbet