Ağdamda dörd il əvvəl öldürülən qızın meyiti evlərinin həyətindən tapıldı - FOTO

Ağdamda dörd il əvvəl öldürülən qızın meyiti evlərinin həyətindən tapıldı - FOTO
SOSİAL
13:47 22.02.2024
901
Ağdamda dörd il əvvəl öldürülən qızın meyiti tapılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızının qətlində şübhəli bilinir. Onun qızı, 2000-ci il təvəllüdlü Nübar Nəcəfovanı dörd il əvvəl qətlə yetirərək evinin həyətyanı sahəsində basdırdığı deyilir.

Meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları aşkarlayıblar.

Faktla bağlı araşdırmalar aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR