Ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır kəllə-beyin travması (kantuziya zədəsi) alan şəxs icra nümayəndəsinin məsul işçisidir.
Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, rayonun Zənguşalı kənd sakini, 1963-cü il təvəllüdlü İmanov Məhəmmədəli Soltan oğlu ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır kəllə-beyin travması (kantuziya zədəsi) alıb. O, Ağdamın Mahrızlı kənd icra nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır. Yaralı hazırda Ağdam Rayon Mərkəz Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, hadisə nəticəsində Ağdam rayonundan 1 mülki şəxs həlak olub, 8 nəfər isə xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar dərhal əməliyyat olunublar.