Ağdamda iki gənci bıçaqlayan saxlanılıb

Ağdamda iki gənci bıçaqlayan saxlanılıb
SOSİAL
16:20 20.03.2025
207

Ağdamda baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Abdullasoylu Həsən Zaur oğlu polis tərəfindən saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, o, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin ikinci kurs tələbəsidir.

***

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR