Ağdamda ilk bayram tonqalı qalandı

Ağdamda ilk bayram tonqalı qalandı
SOSİAL
21:48 24.02.2026
765
Ağdam şəhərində Su çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb.

AZXEBER.COM xəbər verir ki, tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüblər. Uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb. Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.

 

 

 


OXŞAR XƏBƏRLƏR