Ağdamda minalanmış ərazi YANIR

Ağdamda minalanmış ərazi YANIR
SOSİAL
22:50 24.08.2026
96
Ağdamda genişmiqyaslı yanğın başlayıb.

AZXEBER.COM "report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.

Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.

Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR