Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb

Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb
HADİSƏ
10:10 30.06.2025
121
İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR