Ağdam rayonunda qadın ev quşlarına verilən dərmandan zəhərlənib. AZXEBER.COM xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüdlü Elnarə Bədəlova Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır. İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıqdan baş verib. /Qafqazinfo