Azərbaycanda siqaret istehsalı ilə məşğul olan "Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
AZXEBER.COM xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.
Onun sözlərinə görə, bununla da parkın rezidentlərinin sayı 17-yə çatıb.
"Şirkət parkın ərazisində investisiya dəyəri 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradacaq və 300 nəfəri işlə təmin edəcək. Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək”, - deyə M.Cabbarov qeyd edib.
"Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 17-yə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində #investisiya həcmi 40,5 mln.₼ olan #tütün məmulatlarının istehsalı müəssisəsi yaradılacaq və 300 nəfər işlə təmin ediləcək. Bu… pic.twitter.com/365mQWewca
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 14, 2023