Ağdamda yanğına səbəb olan şəxs saxlanıldı

Ağdamda yanğına səbəb olan şəxs saxlanıldı
SOSİAL
15:57 18.08.2025
163
Avqust ayının 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. 

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR