“Ağdamlı Dəmir” həbs xəbərindən danışdı

KRİMİNAL
01:29 06.11.2015
2411
"Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam".
AZXEBER.COM xəbər verir ki, bunu "Report"a "Ağdamlı Dəmir" kimi tanınan iş adamı Dəmir Abdullayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirib. "Bu xarakterli təsdiqlənməmiş məlumatlar mənim şəxsi biznesimə xələl gətirə bilər. Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər", - iş adamı bildirib.
O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.
Qeyd edək ki, bu gün bir sıra KİV-lər avtomobil salonları biznesi olan Dəmir Abdullayevin ötən həftə saxlanıldığı ilə bağlı xəbərlər yayımlayıblar. Onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətləri olduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR