Adanada güclü yağış səbəbindən yollar gölə çevrilib – FOTO

Adanada güclü yağış səbəbindən yollar gölə çevrilib – FOTO
DÜNYA
11:38 29.03.2023
176
Adananın Seyhan rayonunda gecə yarısı yağan güclü yağış nəticəsində bəzi küçə və prospektlər gölə çevrilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin mərkəzi Seyhan mahalında gecə yarısı yağan yağış fəsadlara yol açıb.

Yağan leysan nəticəsində bəzi küçələr, yollar gölə çevrilib. Yağışa hazırlıqsız yaxalananlar çətin anlar yaşayıb. 

Meteorologiya Ümumi Müdirliyi şiddətli leysan və fırtına xəbərdarlığını edib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR