Adanada mikroavtobus avtomobillə toqquşub, 9 nəfər yaralanıb

Adanada mikroavtobus avtomobillə toqquşub, 9 nəfər yaralanıb
DÜNYA
19:15 04.02.2023
227

Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Bildirilib ki, zərbənin gücündən işçiləri daşıyan mikroavtobus aşıb. Yaralanan sərnişinlər xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR