Terror təşkilatı DEAŞ üzvü olduğu iddiası ilə saxlanılan müttəhimə 6 il 3 ay həbs cəzası verilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.
Tərcüməçi vasitəsilə müdafiəsi alınan müttəhim A.A. terror təşkilatı DEAŞ-a qoşulmadığını və silahlı təlim almadığını iddia edərək azadlığa buraxılmasını və bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə kollegiyası "silahlı terror təşkilatına üzv olmaq" cinayətinə görə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilən təqsirləndirilən şəxsin həbsinin davam etdirilməsi barədə qərar qəbul edib.
Oksana