Ağdaşda 10-cu sinif şagirdi özünü asdı

Ağdaşda 10-cu sinif şagirdi özünü asdı
SOSİAL
10:43 25.04.2017
6751

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib. 

 

Hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər. Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cardam kənd orta məktəbin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

    

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 
///Apa
OXŞAR XƏBƏRLƏR