Ağdaşda 2 oğlan məktəbli qızı qaçırdı

Ağdaşda 2 oğlan məktəbli qızı qaçırdı
SOSİAL
10:04 20.06.2018
5288
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə zorla tutaraq rayonun Yuxarı Nemətabad kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Maqsud Əhmədiyə oğlunun idarə etdiyi 03-BC-528 dövlət nömrə nişanlı "VAZ 21011” markalı minik avtomobilinə mindirib və Yevlax rayonunun Əkşəm kəndinə aparıb.

Qızın valideynləri dərhal Ağdaş rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan və yeniyetmə qıza zor tətbiq edərək onu qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə təhvil verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb. Hər iki şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.   

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər