Ağdaşda 70 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı

Ağdaşda 70 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı
SOSİAL
10:35 23.03.2026
339
Ağdaşda 70 yaşlı qadın qətlə yetirilib.

AZXEBER.COM xəbər verir ki, hadisə Aşağı Qobuüstü kəndində baş verib.

Kənd sakini Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR