Ağdaşda ağır yol qəzası: Avtomobil iki hissəyə bölündü

SOSİAL
12:04 24.05.2020
844
Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227 ci km-də, rayonun Xosrov kənd ərazisinidə qeydə alınıb.

Belə ki, rayonun Aralbir kənd sakini Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi "VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
 
///Report
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR