Ağdaşda avtomobil traktorun qoşqusuna çırpılıb

Ağdaşda avtomobil traktorun qoşqusuna çırpılıb
SOSİAL
18:21 06.06.2021
459
Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəs baş verib.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Yenicə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən, qarşısında hərəkətdə olan traktorun qoşqusuna çırpılıb.

Nəticədə "Ford”un sürücüsü ağır bədən xəsarəti alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR