Ağdaşda ər arvadını uşaqlarının gözü qarşısında öldürüb

KRİMİNAL
16:10 19.07.2020
1794

Ağdaş rayonunda ər arvadını qətlə yetirib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində baş verib. Tofiqi kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu həyat yoldaşı, Nehrəxəlil kənd sakini 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elburus qızını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, T.Səttarov N.Səttarova ilə 2012-ci ildə ailə həyatı qurub. Bir həftə əvvəl onlar arasında ailə münaqişəsi baş verib. Bu səbəbdən N.Səttarova üç azyaşlı övladı ilə atasının evinə gedib. T.Səttarov bu gün Nehrəxəlil kəndinə gedərək azyaşlı övladlarının qarşısında həyat yoldaşını qətlə yetirib.

Qeyd edək ki, bu, T.Səttarovun üçüncü evliliyidir.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet