Ağdaşda karantin rejimini pozan 2 şəxs həbs edildi

Ağdaşda karantin rejimini pozan 2 şəxs həbs edildi
SOSİAL
16:08 01.04.2020
1026
Ağdaş rayonunda karantin rejim qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün yaradılan postlarda polis əməkdaşları tərəfindən karantin rejim qaydaları izah olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərmiş 2 nəfər Ağdaş rayon sakini - Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar. 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Həmçinin polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 kompüter oyunları zalı və 2 geyim əşyaları satışı edən mağaza aşkar edilib.

Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə edilib.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiymətləndirmə sahəsi süni intellektə hazırdırmı? “Data"”dan peşəkar mühakiməyə keçid
13:41 16.11.2026
Qiymətləndirmə sahəsi süni intellektə hazırdırmı? “Data"”dan peşəkar mühakiməyə keçid
SOMDA həqiqi hərbi xidmətə qəbul elan edir - ŞƏRTLƏR
13:37 16.11.2026
SOMDA həqiqi hərbi xidmətə qəbul elan edir - ŞƏRTLƏR
Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ: Avropa niyə kənarda qalır?
13:34 16.11.2026
Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ: Avropa niyə kənarda qalır?
Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
13:27 16.11.2026
Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
13:22 16.11.2026
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
Bir qəza ilə yarımçıq qalan ömür, geridə qalan xatirələr...
13:18 16.11.2026
Bir qəza ilə yarımçıq qalan ömür, geridə qalan xatirələr...
Putin, Tramp və Si Szinpin eyni masada - Görüşün əsl məqsədi nədir?
13:13 16.11.2026
Putin, Tramp və Si Szinpin eyni masada - Görüşün əsl məqsədi nədir?
Yeni qərar doğum sayına təsir edəcəkmi? - Dövlət 1500 manat ödəyəcək – VİDEOSORĞU
13:10 16.11.2026
Yeni qərar doğum sayına təsir edəcəkmi? - Dövlət 1500 manat ödəyəcək – VİDEOSORĞU
Bu şəxslər dövlət qulluğunda işləyə bilməyəcək - SİYAHI
13:01 16.11.2026
Bu şəxslər dövlət qulluğunda işləyə bilməyəcək - SİYAHI
TƏBİB sədri onu vəzifəsindən azad etdi
12:51 16.11.2026
TƏBİB sədri onu vəzifəsindən azad etdi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
12:31 16.11.2026
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
12:30 16.11.2026
Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Bu həftə hansı bürclərin üzü güləcək? - Proqnoz
12:26 16.11.2026
Bu həftə hansı bürclərin üzü güləcək? - Proqnoz
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
12:17 16.11.2026
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
Qazi faciəvi şəkildə öldü
11:55 16.11.2026
Qazi faciəvi şəkildə öldü
Saxta nömrə ilə avtomobil idarə edən narkotik istifadəçisi saxlanıldı - VİDEO
11:50 16.11.2026
Saxta nömrə ilə avtomobil idarə edən narkotik istifadəçisi saxlanıldı - VİDEO