Ağdaşda məclis təşkil edənlər saxlanıldı - Kafe sahibi həbs edildi - Video

Ağdaşda məclis təşkil edənlər saxlanıldı - Kafe sahibi həbs edildi - Video
SOSİAL
11:43 28.06.2020
1209
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə  respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək  məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.
 

OXŞAR XƏBƏRLƏR