Ağdaşda “Mercedes” aşdı - Ölən var

Ağdaşda “Mercedes” aşdı - Ölən var
SOSİAL
23:54 20.03.2026
223
Bu gün saat 20 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR