Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib

Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib
SOSİAL
23:43 25.11.2023
275

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində 3 ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

OXŞAR XƏBƏRLƏR