Ağdaşda yanacaqdaşıyan maşın aşıb, iki nəfər xəsarət alıb

Ağdaşda yanacaqdaşıyan maşın aşıb, iki nəfər xəsarət alıb
HADİSƏ
22:10 09.05.2025
444
Ağdaşda ağır tonnajlı yük avtomobili aşıb və nəticədə sürücü və sərnişin xəsarət alıb.

Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ləki qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı yanacaqdaşıyan maşının sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəza zamanı sürücü və avtomobildəki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-İN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilirb ki, əraziyə polis əməkdaşları cəlb olunub faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR