Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib

Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib
SİYASƏT
12:00 02.11.2024
263
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

AZXEBER.COM-un məlumatına görə, təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
OXŞAR XƏBƏRLƏR