ADB prezidenti Bakıda səfərdədir

ADB prezidenti Bakıda səfərdədir
SİYASƏT
11:50 14.11.2025
96
Asiya İnkişaf Bankının (AİB/ADB) yeni Prezidenti Masato Kanda ilk dəfə Bakıya səfər edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Bank məlumat verib.

Masato Kanda bildirib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir. Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır.

AİB rəhbəri qeyd edib ki, Bakıya səfəri mühüm bir vaxtda baş tutur. O, yaxın günlərdə yerli hökumət nümayəndələri və tərəfdaşlarla görüşərək bankın bu proseslərə göstərə biləcəyi dəstək istiqamətlərini müzakirə edəcək.

Xatırladaq ki, Masato Kanda rəsmi olaraq bu il fevralın 24-də Asiya İnkişaf Bankının 11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Masato Kanda bundan əvvəl Türkiyəyə səfər edib, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
OXŞAR XƏBƏRLƏR