ADB prezidenti: "Qazaxıstanın karbon neytrallığına nail olmaq strategiyasını dəstəkləyirik"

ADB prezidenti: "Qazaxıstanın karbon neytrallığına nail olmaq strategiyasını dəstəkləyirik"
DÜNYA
20:49 03.05.2024
206
Asiya İnkişaf Bankı (ADB) Qazaxıstan hökumətinin karbon neytrallığına nail olmaq strategiyasını dəstəkləyir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında ADB-nin 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Qazaxıstan iqtisadiyyatının enerji tutumlu xarakterini və ölkənin qalıq yanacaqlardan asılılığını nəzərə alaraq, ADB hökumətin karbon neytrallığına nail olmaq strategiyasını dəstəkləyir”, - M.Asakava bildirib.
OXŞAR XƏBƏRLƏR