Son zamanlar dünyanın ən məşhur sənətçiləri arasında adı hallanan Adelin etdiyi etiraf hər kəsi təəccübləndirib.
AZXEBER.COM xəbər verir ki, ulduz, getdiyi lüks otellərin hamam otaqlarından birdəfəlik istifadə üçün qoyulan əşyaları oğurladığını etiraf edib.
Bundan böyük həz aldığını bildirən Adel "Əgər həqiqətən dəbdəbəli bir oteldəyəmsə, gedəndə hər şeyi özümə götürürəm. O qədər pul verirəm. Bu iş mənə çox əyləncəli gəlir. Müxtəlif bəzəkli fırçaları və hamam əşyalarını sevirəm" deyə bildirib.
Aysel