Adel səhnə ilə vidalaşdı - FOTOLAR

MAQAZİN
14:36 25.11.2024
209
 
'Hello', 'Someone Like You', 'Easy On Me' və 'Rolling in the Deep' hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı "Weekends With Adele" şousu ilə səhnəylə vidalaşıb.

AZXEBER.COM xəbər verir ki, Las-Veqasda 100-cü konsertini verən Adel iki ilə yaxın davam edən Las-Veqas şoularının finalında göz yaşlarını saxlaya bilməyib.

"Caesars Palace" səhnəsində musiqisevərlərlə görüşən 36 yaşlı britaniyalı sənətçi musiqi ilə bağlı heç bir planının olmadığını ifadə edib:
 
"Bu konsertlərin bitəcəyinə çox üzülürəm, amma baş tutduğu üçün çox xoşbəxtəm. Bu mərhələ və səhnə üçün çox darıxacağam. Yenidən nə vaxt səhnəyə çıxacağam, bilmirəm" deyərək göz yaşı töküb.
 
Aysel

 

 

 

 


OXŞAR XƏBƏRLƏR