"Ramiz Adelyanı balkondan atandan sonra uşaqları ilə qucaqlaşaraq yatıb" - art-direktorun cinayət işi

"Ramiz Adelyanı balkondan atandan sonra uşaqları ilə qucaqlaşaraq yatıb" - art-direktorun cinayət işi
SOSİAL
13:47 20.09.2019
3421
Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilir.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Əvvəlcə onu qeyd edək ki, təqsirləndirilən R.Taxveli müalicə müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilir və deyilənə görə, özünü idarə edə bilmir, psixoloji problemləri var. Bu gün baş tutan prosesdə də Ramiz Taxvelinin davranışlarını idarə edə bilmədiyi müşahidə edilib.

Amma istintaq Taxvelinin səhhətində heç bir problem olmadığı qənaətinə gəlib.

Zərərçəkmiş tərəf də bununla razılaşmır, Ramiz Taxvelinin bilərəkdən bu cür davrandığını deyir. Mərhumun anası Samirə Süleymanova Ramiz Taxvelinin davranışlarını şou adlandırır.

Sonuncu məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi başa çatıb. Məhkəmədə Taxvelinin hadisəni törədən zaman anlaqlı olması ilə bağlı ekspertiza təyin elan edilib. İş üzrə maddi sübut kimi götürülən videogörüntülər izlənilib.

O da məlum olub ki, Taxveli arvadını binadan atdıqdan sonra uşaqları ilə qucaqlaşaraq yatıb. Hadisə yerinə gələn polis əməkdaşları evə daxil olan zaman Taxveli uşaqları ilə birlikdə olub.

Məhkəmə prosesinin davamında sənədlərin tədqiqi mərhələsinin başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə iclası sentyabrın 27-də davam etdiriləcək.

R.Taxvelinin vəkili Qanqa Ibrahimovun vəsatəti əsasında iş materiallarında olan videogörüntülər izlənilib.

Belə ki, hadisə baş verən binanın qarşısındakı binada kamera görüntüsü olub. Həmin görüntülər intihar hadisəsini lentə almasa da, binanın qarşısında baş verənləri lentə alıb.

Videogörüntülər izlənildikdən sonra sənədlərin tədqiqi mərhələsi başa çatacaq və dövlət ittihamçısı Ramiz Taxveliyə cəza istəyəcək.

İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə o, ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

İttihamda göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb.

Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib.

Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.

Araşdərmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Bildirək ki, Ramiz Taxveli "Buta Palas”ın art direktoru olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
21:48 06.03.2026
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
21:46 06.03.2026
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi