Adəm Məmmədov diaspor təşkilatı yaratdı: Rusiyada

Adəm Məmmədov diaspor təşkilatı yaratdı: Rusiyada
SOSİAL
16:04 22.10.2018
3591
Azərbaycanın tanınmış vəkili Adəm Məmmədov Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olacaq.

Bu barədə AZXEBER.COM-a Adəm Məmmədov özü məlumat verib.
 
Onun dediyinə görə, quruma Türkiyə Respublikasının Rusiya dövlətindəki səfiri Hüseyn Deriozun öz xeyir-dua verib.

"Bir neçə gün olar ki, Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olduq. Moskva şəhər Vəkillər Palatasının sədr müavini, hüquq elmləri namizədi, vəkil Elnur Hacıyev birliyimizin həmtəsisçilərindən daxil olmaqla qurumun prezidenti seçilib. 

Mən isə birliyimizin həmtəsisçisi olmaqla, 1-ci vitse-prezident, İlqar Abdullayev, Əsgərov Rizvan və Öz Hulki bəy isə birliyimizin həmtəsisçiləri olmaqla, vitse-prezidentlər seçiliblər. 

Türkiyənin Rusiyadakı səfiri ilə təxminən iki saatdan çox müzakirələrimiz olub. Səfir bir sıra öz məsləhətlərini, tövsiyələrini verib. Məqsədimiz elmi və mədəniyyət istiqamətində işləri gücləndirməkdir. İntellektual təqəbə ilə daha çox işləyəcəyik. Birliyimiz istedadlı tələbələrlə əməkdaşlığa xüsusi önəm verəcək”,-deyə A. Məmmədov qeyd edib.
OXŞAR XƏBƏRLƏR