16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.










































