Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb
SOSİAL
20:11 11.01.2026
822
İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində minaya düşən kişi hazırda əməliyyat olunur.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından AZXEBER.COM-a verilən məlumata görə, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti stabildir.
OXŞAR XƏBƏRLƏR