Adı həbs dosyesində hallanan Tənzilə Rüstəmxanlı danışdı – ÖZƏL

Adı həbs dosyesində hallanan Tənzilə Rüstəmxanlı danışdı – ÖZƏL
SİYASƏT
14:45 17.12.2014
3086
Tənzilə Rüstəmxanlı nurçularla bağlı ittihamları rədd edir
Rüstəmxanlının adı “Tahşiyeciler” işinin istintaqında hallanır
“O köhnə işdir. Bu yeni bir şey deyil. “Ergenekon” məsələsi ilə bağlıdır. Bu məsələlər də onun içərisindədir. 2007-ci ildən bizim adımız orda var. Niyə? Çünki Fətulla Gülən camaatına qarşı olan kim var idisə, adları iddianaməyə salınmışdı. Azərbaycanda Fətulla Gülənə qarşı ən çox mübarizə aparan mən idim. Buna görə, adım o işdə keçir. Zəkəriyyə Özün hazırladığı iddianamədir”.
Bu sözləri AZXEBER.COM-a Tənzilə Rüstəmxanlı adının Səidi Nursinin “nurçular” təriqətinin bir qolu olan, ancaq sonradan radikal vəhhabiliyə meyl etdiyi deyilən “Tahşiyeciler” ” işinin istintaqında keçməsi ilə bağlı verdiyi açıqlamasında söyləyib. O bildirib ki, bu işlə bağlılığı yoxdur.
“Telefonlarınızın dinlənilməsi ilə bağlı məlumat haqqında nə deyə bilərsiniz? Bu barədə məlumatlısınızmı?”
“Bu barədə məlumatım yoxdur. Buna təhlükəszilik orqanları cavab versin. Görünür, işbirliyində olublar. Bu məni narahat etmir. Hər zaman Gülən camaatına qarşı mübarizə aparmışam və bu gün də bu mövqeyimdəyəm”.
“Adınızın Gülənçilərlə bağlı hallandırılmasına münasibətiniz barədə nə deyə bilərsiniz?” Müsahibimizin suala cavabı belə oldu: “Mənim adım Gülənçilərlə birlikdə səsləndirilə bilməz”.
Xatırladaq ki, Türkiyədə bu həftənin əvvəlində həbs edilən fətullahçı media mənsublarının və polislərin işi üzrə materiallarda Azərbaycanın adı daha bir epizodda çəkilir.
Xəbər verildiyi kimi, həbs edilənlər vaxtilə Səidi Nursinin “nurçular” təriqətinin bir qolu olan, ancaq sonradan radikal vəhhabiliyə meyl etdiyi deyilən “Tahşiyeciler” adlı qrupa qarşı “saxta dəlillər hazırlama” ittihamı ilə üzləşiblər.
Bundan əvvəl “Tahşiyecilər” qrupuna qarşı 2009-2010-cu ildə keçirilən həbslərin, bu iş üzrə istintaq materiallarının “saxta dəlillər əsasında” aparıldığı bildirilib.
Həmin qrupa qarşı “saxta dəlillər” hazırlamaqda ittiham olunaraq “Samanyolu” telekanalının və “Zaman” qəzetinin rəhbərliyi, habelə əməliyyatı həyata keçirən polislər həbs olunub. Bu həbslərdən sonra “Tahşiyecilər” qrupunun işi üzrə istintaq materiallarından epizodlar da hökumətə yaxın mediada yer almağa başlayıb.
Məlum olub ki, 2011-ci ildə istintaq “Tahşiyeciler” qrupunun lideri, radikal islamçı Mehmet Doğanı “əl-Qaidə”nin Türkiyə və Azərbaycan özəyinin lideri kimi tanıyıb.
İndi isə məlum olur ki, “Tahşiyecilər” qrupunun işi üzrə istintaq materiallarında Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlının da adı yer alırmış.
“Sözcü” qəzetinin yazdığına görə, “Tahşiyecilər” qrupuna qarşı həbs əməliyyatlarını həyata keçirən fətullahçı polislər həmin qrupun “Ergenekon” terror təşkilatı” ilə də təmas içərisində olduğuna dair dosye hazırlayıb (xatırladaq ki, Ərdoğanla Gülən arasında müharibənin başlamasından sonra “Ergenkon” işi saxta elan edilib, bu iş üzrə həbs edilən generallar və digərləri azad olunub).
Məlum olur ki, 2009-cu ilin mayında “Tahşiyecilər” qrupu haqda İstanbul polisinin terrorla mübarizə şöbə müdirliyi İstanbul Cümhuriyyət prokurorluğuna araşdırma icazəsi almaq üçün tələbnamə göndərib.
Həmin sənəddə “Tahşiyeciler”in “Ergenekon”la əlaqəli olduğu göstərilib. Həmin tələbnaməni göndərən antiterror şöbəsinin rəisi Ertan Erçıktı son həbs dalğasında saxlanılıb.
Onun göndərdiyi tələbnamədə yazılır: “Mehmet Doğan və “Tahşiyecilər”in digər əsas liderlərinin “Ergenekon” işi üzrə ikinci istintaqın materiallarında adı keçən Tənzilə R. ilə Azərbaycanda birlikdə fəaliyyət göstərən Aqil F. və Hüseyn B. ilə təmasda olduğu müəyyən edilib. Bu əlaqələr telefonların dinlənilməsi və texniki təqib yolu ilə təsbit olunub”.
Bu sənəddə adı keçən Aqil.F-nin isə Azərbaycanda Fətullah Gülənin təriqətinə qarşı müntəzəm olaraq yazılar verən “Yeni Çağ” qəzetinin redaktoru Aqil Ələsgər olduğu ehtimal edilir.
“Tahşiyeciler” qrupuna qarşı keçirilən əməliyyatda həbs edilənlərdən biri, Şanlıurfadan olan iş adamı Hüseyn Böyükfırat isə 2010-cu ildə necə həbs edildiyini danışır. O, iddia edir ki, ata dostu, eyni zamanda “Nur tələbəsi”, istefada olan iman Mehmet Doğan əsərlərinin birində Fətullah Gülənin dinlərarası dialoq təşəbbüsünü tənqid edərək bunun “islama zidd olduğunu” yazıb. Bundan sonra Gülən şəbəkəsi onları təqib etməyə başlayıb.
Təhsil almaq üçün Azərbaycana gələn və burada qalan Böyükfırat bizneslə məşğul olaraq ölkədə restoran şəbəkəsi qurub. 2010-cu ildə onun barəsində “Tahşiyecilər” terror qrupuna üzv olmaq ittihamı ilə həbs qərarı çıxarılıb. Türkiyədə isə qardaşı həbs olunub.
“İran üzərindən quru yolu ilə Suriyaya, oradan Akçakalaya getdim, sərhəddə həbs olundum. Məhkəməyə çıxarıldım və sərbəst buraxıldım. Bizi həbs etməkdə məqsəd Gülənə qarşı çıxan müxalifləri susdurmaq idi” - Böyükfırat bildirib.
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
16:09 13.03.2026
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
16:05 13.03.2026
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
15:59 13.03.2026
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək