Adı Rusiyanın Qızıl Fonduna düşən azərbaycanlı ifaçı Bakıda konsert verdi - FOTOLAR

MƏDƏNİYYƏT
15:41 24.12.2013
1984

Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində M. Rastrapoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.

AZXEBER.COM-un məlumatına görə, konsertdən öncə məktəbin direktoru, əməkdar artist Rafiq Əzizov çıxış edib. O rəhbərlik etdiyi məktəbin beynəlxalq müsabiqələrdə son illərdə qazandığı nailiyyətlərdən danışıb. Konsert Beynəlxalq müsabiqədə Qran-pri mükafatçısı olan 5-ci sinif şagirdi Ağarəhim Quliyevin çıxışı ilə başlayıb. Daha sonra Məryəm Vəliyeva, 2-ci sinif şagirdi Səid Rəsulov, 4-cü sinif şagirdi Samir Əsədli, Süleyman Eyubov da var.

İfaçılar arasında çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, gənc vokalist, skripkaçı Əli Muradov da olub. Əli Muradov vokal dərsini əməkdar artist Gülnaz İsmayılova, skripka dərslərini isə Gülnarə Seyidovadan alır. O Moskvada keçirilən "İstedadlar planeti" müsabiqəsində "Akademik vokal" və "Skripka. Sol ifa" nominasiyaları üzrə Qrin-pri və Novosibirskdə müsabiqədə 2 nominasiya üzrə qalib gəlib. Konsertdə Əli T. Albinoninin "Adajio" və Parlami D’Amore musiqilərini ifa edib.

Qeyd edək ki, Əli Muradov beynəlxalq müsabiqələr və “Qran-pri” mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Vokal və skripka ifaçısı Əli Muradovun adı indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə Rusiyada “Qızıl Fond”a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.

OXŞAR XƏBƏRLƏR