Anası Kraliça Marqretin 52 ildən sonra taxtdan çəkməsindən sonra Danimarkanın yeni kralı olan Frederik X şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, Frederikin meksikalı bir iş qadını ilə həyat yoldaşına xəyanət etdiyi iddia olunmuş və bu münasibətin fotoları mediaya sızdırılmışdı.
Frederik 47 yaşlı meksikalı Genoveva Casanova ilə Madriddəki sərgidə görüntülənmişdi. Tərəflər xəyanət iddiasını qəti şəkildə rədd etsələr də, söz-söhbət Danimarka mətbuatında geniş əks-səda doğurmuşdu. Eşq iddiasından sonra birlikdə görüntülənən Şahzadə Frederik və həyat yoldaşı Şahzadə Marinin aralarının soyuq olduğu gözdən qaçmamışdı.
Fredrikin anasının yerinə taxta oturması ilə gözlər yenidən adı eşq dedi-qodularında hallanan cütlüyə yönəlib. Onların bundan sonra hansı addımı atacağı maraqla gözlənilir.
Aysel