Almaniyanın "Adidas” şirkəti 2026 və 2027-ci illər üçün 22 milli komandanın yeni ev formalarını təqdim edib.
AZXEBER.COM xəbər verir ki, yeni formalar arasında 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında çıxış edəcək yığmaların geyimləri də yer alıb.
Brendin təqdim etdiyi formalar İtaliya, Argentina, İspaniya, Almaniya, Yaponiya, Belçika, Peru, Səudiyyə Ərəbistanı, Əlcəzair, İsveç, Qətər, Şotlandiya, Venesuela, Macarıstan, Şimali İrlandiya, Kosta-Rika, BƏƏ, Kolumbiya, Meksika, Çili, Ukrayna və Uels yığmalarına məxsusdur.
Zəfər Hacılı








































