Adil Əliyev: “Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?”

Adil Əliyev: “Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?”
SİYASƏT
20:39 30.09.2020
883

Sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclası keçirilirdi. İclasın nəticələrini hamılıqla maraqla gözləyirdik. Təbii ki, Təhlükəsizlik Şurasının bu iclası keçirməsinin yeganə səbəbi Azərbaycan Ordusunun inamlı qələbəsi və məğlub duruma düşən Ermənistan tərəfinin beynəlxalq təşkilatlara yalvarışı idi. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Adil Əliyev fikirlər səsləndirib. O bildirib ki, xalqımız bir daha əmin olsun ki, qeyd-şərtsiz üstünlük bizimdir:

"Əgər Ermənistan tərəfi öz ordusuna güvənirsə, nə üçün davamlı olaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərin rəhbərlərinə döyüşlərin dayandırılması üçün köməklik göstərilməsi barədə çağırış edir?

BMT Təhlükəsizlik Şurasının qapalı keçən iclasının yekununda elan olundu ki, Azərbaycan və Ermənistan tərəfləri arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə dəvət edilsin, danışıqlar davam etdirilsin. İlk növbədə, BMT-nin belə bir qərar qəbul etməyə mənəvi haqqı yoxdur. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bütün üzvlərin beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə qüvvə tətbiqi ilə qorxutmaları və birbaşa qüvvə tətbiq etmələri qadağan edilir. Yəni, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Ermənistan isə artıq 28 ildir ərazimizi işğal edib və bununla kifayətlənməyərək, əlavə olaraq, yeni təxribatlar törədib.

Beynəlxalq hüquqda elə normalar vardır ki, onlar bütün dövlətlər üçün məcburidir. Bu normalar "jus cogens” normalarıdır. Dövlətlərin ərazi bütövlüyü prinsipi bu normalara aiddir və icrası məcburidir. BMT Nizamnaməsinin 2.7-ci maddəsinə əsasən bu nizamnamənin heç bir müddəası Birləşmiş Millətlər Təşkilatına səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin. Bu gün Azərbaycanın ərazi bütövlüyünü BMT-nin özü də daxil olmaqla bütün dünya tanıyır. Bu halda Azərbaycanın öz yurisdiksiyası daxilində olan ərazini işğaldan azad etməyə haqqı var. Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin”.

Adil Əliyev onu da əlavə edib ki, BMT tərəfindən 28 il əvvəl qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər icra edilməyib:

"BMT öz qətnamələrinin icrasını təmin edə bilmirsə, bu gün Azərbaycan tərəfini sülhə çağıra bilməz, buna mənəvi haqqı yoxdur.

Vəziyyət o yerə çatıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-ci Assambleyasında çıxış edərək bildirdi ki, Ermənistan tərəfi 28 ildir faktiki olaraq təcavüzü davam etdirir. Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən dörd qətnaməsi bu günədək icra edilməyib. Hansı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri çox qısa müddət ərzində icra edilir.

Bu gün Ermənistan öz təcavüzkar siyasətini davam etdirməklə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün normalarını kobud şəkildə pozaraq, 1949-cu il Cenevrə Konvensiyasına zidd olaraq Dağlıq Qarabağa Livandan və digər ölkələrdən insanları köçürdür. Cenevrə Konvensiyasının tələblərinə görə, döyüşlərdə muzdlular iştirak edə bilməz, lakin Ermənistan tərəfinin yaydığı videolardan da görünür ki, döyüşlərdə iştirak etmək üçün Suriyadan və digər ölkələrdən muzdlular gətirilir.  Ermənistan tərəfi döyüşlər zamanı mülki əhalini və mülki obyektləri, xüsusilə heç bir halda silah işlədilməsinə icazə verilməyən xəstəxanaları, tibbi yardım maşınlarını vurur. 

Sentyabrın 29-da baş tutmuş debatda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirini əsaslı arqumentlərlə susduraraq həm diplomatiyada, həm də döyüş meydanında düşməndən qat-qat üstün olduğumuzu bir daha sübut etdi. Prezidentimizin dediyi kimi, biz elə edəcəyik ki, Ermənistan tərəfi bir daha bizim torpaqlarımıza baxmağa belə cürət etməsin.
Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında misli görünməmiş tarix yazır. Xalqımız qələbəmizə inanır və qələbə bizimdir!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb