"Kəpəz” Futbol Klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. AZXEBER.COM xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, A.Şükürov 9 ay idi "Kəpəz”də baş məşqçi idi.