Çadın cənubunda baş verən qarşıdurmalarda azı 10 nəfər ölüb

Çadın cənubunda baş verən qarşıdurmalarda azı 10 nəfər ölüb
DÜNYA
18:21 27.05.2023
227
Çadın cənubunda mal-qara sahibləri ilə fermerlər arasında baş verən qarşıdurmada azı 10 nəfər ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "France-Presse” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

Qeyd olunur ki, fermerlər tez-tez mal-qara sahiblərini heyvanlarının əkin sahələrini tapdaq altına salmasına icazə verməkdə ittiham edir, mal-qara sahibləri isə onların həmin ərazilərdə heyvan otarmaq hüququnun olduğunu iddia edirlər.
OXŞAR XƏBƏRLƏR