Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Universitetin kulturologiya fakültəsinin tələbəri Nəzərbəy Hacıağayev və Ülvi Nağıyevin təşşəbüsü ilə Xocalı soyqrımının 21- il dönümü münasibəti ilə anım tədbiri təşkil olub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun tərbiyə və humanitar işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli gələn qonaqları salamlayaraq bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni vandallarının törətdikləri bu soyqırımı aktının mahiyyəti və acı nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Nəzərbəy Hacıağayevin aparıcılığı ilə keçən tədbirdə Şair Bilman Qüdrət və Şair Mürvət Həkəri öz ibratamiz fikirlərini bölüşərək gənc tələblərə vətənpərvərlik mövzusunda olan öz şeirlər söyləyib
Gənclərin Həmrəyliyinə Dəstək İB-sədri Cəmilə Abdullayeva gənclərin avanqard hissəsini təşkil edən tələbələrin Xocalı həqiqətlərini dünyaya çatdırılmasında tələbələrin mühm rolu olduğunu bildirib.
Sonda universitetin tələbələri ikinci kurs tələbəsi Zaur Əliyevin rejisorluğu ilə təşkil olunana Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş ediblər.










































