ADNA-nın tələbəsi özünü qıza görə öldürdü – YENİLƏNİB -TƏFƏRRÜAT

ADNA-nın tələbəsi özünü qıza görə öldürdü –  YENİLƏNİB -TƏFƏRRÜAT
17:20 06.02.2013
6107

Bakının Nəsimi rayonunda tələbə oğlan sevgi qurbanı olub.

17:19

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, fevralın 5-də Azərbaycan Dövlət Neft Akademiyasının türkiyəli tələbəsi, 24 yaşlıReyhan Hakkı Zekriyye oğlu özünü yaşadığı otaqda asıb. Onun asılmış meyitini tələbə yoldaşları aşkarlayıblar.

Məlum olub ki, R.Hakkı özünü öldürməmişdən əvvəl Türkiyədəki sevgilisi ilə "skype" ilə danışıb. Sevgilisi həmin söhbət zamanı onu sevmədiyini deyib. Uzun söhbətdən sonra sevgilisini yola gətirə bilməyən R.Hakkı özünü asıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

10:35

Ötən gün Bakı şəhərinin Nəsimi rayonunda 24 yaşlı qız özünü öldürüb. Rayon Prokurorluğundan verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye oğlu özünü yaşadığı otaqda asıb. Oğlanın meyitini tələbə yoldaşları aşkarlayıblar. Onun Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil aldığı bildirilir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR