Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”

Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
DÜNYA
20:11 19.09.2019
7510

Adnan Oktar və digər 226 təqsirləndirilən şəxsin ittiham olunduğu məhkəmə prosesi Silivridə başlanıb.

Cəsusluq, cinayətkar dəstə qurmaq, şantaj və cinsi istismarın da aralarında olduğu 32 fərqli ittihamla məhkəmə qarşısına çıxan Adnan Oktar ilk ifadəsində bütün ittihamları rədd edib. Prokurorun "Sizə xidmət edən şəxslərin maaşlarını necə ödəyirsiniz" sualına Oktar 'Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər" cavabını verib. 

Proses Oktarın özünümüdafiəsi ilə başlayıb. A.Oktar özünümüdafiə nitqində fikirlərini ümumiləşdirərək, aşağıdakıları deyib: "Niyə bu cinayətləri edim? Yerli və milli bir insanam. Milliyyətçiyəm. Tam 32 ayrı cinayətdən söhbət gedir. FETÖ əlaqələri ilə bağlı iddialara gəlincə, o, əqli olaraq mənə zidd bir insandır. Təhlükəli bir tip idi. Banklarına pul qoymadıq, qəzetlərini almadıq".

A.Oktarın ifadələri müəyyən fasilələrlə ümumilikdə 4 saat davam edib. Müdafiənin ardınca çarpaz istintaq mərhələsinə keçilib. Bu zaman prokurorun "Mehdi olduğunuzla bağlı müxtəlif eyhamlar vurduğunuz nitqləriniz var. Müdafiəniz zamanı da həbs olunandan sonra dolların bahalaşdığını dediniz. Bunları təşkilatınızı diri saxlamaq üçün deyirsiniz" sualına cavabında Oktar "Mehdi olmadığımla bağlı dəfələrlə and içdim. Belə bir iddiam heç olmadı. Ola da bilməz" deyib. 

Oktar, eyni zamanda, prokurorun "Sizinlə maraqlanan, sizə xidmət edən, sizi qoruyan şəxslərin maaşını necə verirsiniz" sualına isə "Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər, mən Allahın lütfü üçün yaşamayan bir insanla yaşaya bilmərəm. 65 yaşındayam. Tək bir malım, mülküm, yığılmış pulum yoxdur". 

 

Musavat.com xatırladır ki, sayı 70-dən artıq olan şikayətlər əsasında İstanbul Cümhuriyyət Baş Prorkuroqluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun apardığı Adnan Oktar və heyətinə yönəlmiş əməliyyatlar 11 iyul 2018-ci ildə başlanıb. Oktar əməliyyat zamanı Çəngəlköydəki lüks villasına gələn polisləri fərq edincə maşınla qaçmağa çalışıb və polis tərəfindən Sarıyerdı maşını dayandırılaraq, həbs edilib. Əməliyyata ümumən 2 min nəfər polis qatılıb və 235 nəfər saxlanılıb. Dəstənin silahları, zirehli gödəkçələri polis tərəfindən ələ keçirilib. Bununla yanaşı, qrupun şirkətləri və mal varlıqlarına da əl qoyulub. 

1999-cu ildə həyata keçirilən ilk əməliyyata rəhbərlik edən, həmin dönəmin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin şöbə müdiri Adil Sərdar Saçan məhkəmə iclasından çıxarkən jurnalistlərə aşağıdakıları deyib: "Mənim müşahidə etdiyim odur ki, bu istintaq keçmiş dövrlərdəki istintaq kimi olmayacaq. Məhkəmə olduqca dəqiq hərəkət edir. Oktarın konkret ittihamlara heç bir cavabı yoxdur. 1999-cu ildəki əməliyyatda da yenə eyni şəkildə ifadələr verirdi. Əslində isə İslamdan necə istifadə etdiyini danışırdı". 

 

musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib