"Adnan Oktar işi"ndə yeni təfərrüatlar: 11 yaşlı qızı anası “hədiyyə” edibmiş

"Adnan Oktar işi"ndə yeni təfərrüatlar: 11 yaşlı qızı anası “hədiyyə” edibmiş
DÜNYA
10:32 13.07.2018
10487
İki gün əvvəl polisin həyata keçirdiyi genişmiqyaslı və qəfil əməliyyatla həbs edilən Türk İslam Camaatının lideri Adnan Oktarla bağlı yeni məlumatlar yayılıb.

Silahlı qruplaşma, , siyasi casusluq, qanunsuz silah saxlama, insan oğurluğu, azyaşlılara cinsi təcavüzdə təqsirli bilinən Adnan Oktarın çirkin fəaliyyətlərində yaxından iştirak etmiş şəxslərin axtarışı davam edir. Artıq 5 əyalətdə axtarışa verilmiş şəxslərin izinə düşən polis 190 nəfəri "Oktar işi”nə görə saxlayıb.

İstintaq zamanı məlum olub ki, Oktarın "əhli beyt”inə daxil olan qızlar əvvəlcə zorla cinsi istismar edilir, daha sonra hərəmxanaya göndərilirmiş. Burada makiyaj edilib qaşları alındıqdan sonra təkrar olaraq cinsi istismara məhkum olunurlarmış. Adnan Oktar "kediciklərinə” bütün bunların islam adına edildiyini söyləyirmiş.

Bu cür "turnike” sistemi olduqca gizli aparılıb. Bir qadının digərinin başına gələndən xəbəri olmayıb 

Eyni ssenari camaat üzvlüyünə daxil edilmiş qadınlara tətbiq olunub.

Təşkilatın sistem quruluşu isə qadın və kişilər arasında fərqli olub. Qadınların sistemində üç rütbə mərhələsinin olduğu bildirilir: "bacılar”, "imam bacılar”, və "bacı imamları”.

Kişilərdə də oxşar sistem mövcud olub: "qardaşlar”, "imam qardaşlar” və "qardaş imamları”.

Camaat liderinin evinə basqın zamanı ələ keçirilən tabloların, vazların əntiq əşya olub-olmadığı, oğurluq tarixi əşyalar sırasına aid edilib-edilmədiyi də hazırda polis tərəfindən araşdırılır.

Polisin araşdırmasından sonra 35 nəfər hüquq-mühafizə orqanlarına şikayət edərək Adnan Oktar və onun "bacı”ları tərəfindən cinsi istismara təhrik olunduqlarını deyib. Cinsi təcavüzə məruz qalanlardan 15-nin 11-17 yaş aralığında olduğu vurğulanır. Hətta 11 yaşında təcavüzə məruz qalan O.A-nın "mürid” anası tərəfindən Adnan Oktar camaatına cinsi təcavüz üçün "hədiyyə” edildiyi bildirilir.

Polisin yaydığı məlumatda Adnan Oktarın casus fəaliyyətlərinin olduğu, Amerika və İsraillə "işlədiyi” vurğulanır. Hətta camaat lideri tərəfindən Türkiyəyə aid hərbi sirrlərin Amerikaya ötürüldüyü  qeyd olunur. Evindən xeyli müasir silah-sursat aşkarlanan camaat liderinin "Rza Zərrab işi”ndə də əli olduğu, maliyyə fırıldaqlığına şərikliyi barədə məlumatlar da yayılıb.   

 ///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”