İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin müdiri Furkan Sezer keçmiş bir nazirin Adnan Oktara məlumat sızdırdığını söyləyib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, daha sonra həmin adın keçmiş əmək naziri Yaşar Okuyan olduğu üzə çıxıb.
Məlumatlara görə, maddi imkanları yaxşı olan ailələrin uşaqları erkən yaşda aldadılaraq bu təşkilata qoşulublar.
Qurumun xəzinəsinə şantaj, sui-qəsd və oyunlarla külli miqdarda pul daxil olduğu üçün onlarla ailə məhv olmaq həddinə gəlib.
Furkan Sezərin sözlərindən sonra jurnalist Sayqı Öztürk mövzu ilə bağlı diqqətçəkən açıqlama verib.
Öztürk bildirib ki, nazir Furkan Sezərin CHP-li Yaşar Okuyan olduğunu nəzərdə tutulub.