"Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu bizim münasibətlərin ən gözəl tərəfidir. Təbii ki, yaxşı şeylər olduğu kimi təəsüf ki, pis şeylər bir-birilə əlaqəlidir"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral deyib.
O jurnalist Aqil Ələsgərin "Adnan Oktarın Azərbaycandakı adamları ilə bağlı tədbir görüləcəkmi?" sualına cavab verərkən deyib: "Münasibətlərimizi zəhərləyən, xələl gətirən bütün şəxslərə qarşı tədbir görüləcək. Əgər Azərbaycanda da onların adamları varsa, mütləq onlara qarşı əməliyyat keçiriləcək, tədbir görüləcək".