Türkiyədə təriqət lideri Adnan Oktarın növbəti məhkəməsi keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 30-cu Ağır Cəza Məhkəməsinin Marmara Həbsxanasında Adnan Oktarın da olduğu bəzi məhbus və həbsdə olan müttəhimlərlə vəkillərinin 32-ci iclası keçirilib.
İclasda mahiyyəti üzrə rəyə etiraz edən bəzi təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin azadlığa buraxılmasını və bəraət hökmünün çıxarılmasını istəyiblər.
Vəkillərin müdafiəsini tamamlayan iclasında təqsirləndirilən şəxslərin son sözləri istənilib.
Adnan Oktarın silahlı cinayət təşkilatı ilə bağlı açılan cinayət işi üzrə istintaq təcridxanasında mühakimə olunan Merve Büyükbayrak açıqlama verib:
"Bizə paxıllıq edirlər. Adnan Oktarı ölümü gözə alacaq qədər sevirəm. Belə bir sevgi içində minlərlə il həbs cəzası bizə milçəyin dişləməsi kimi gələr”.
Həbsdə olan digər müttəhim Alev Babuna 4,5 ildir həbsdə olduğunu bildirib:
"5 ilə yaxındır ki, buradayam. İnsanlar bizi də, Adnan bəyi də çox sevirlər. Dua edirlər. Adnan bəyin, dostlarımın və özümün azadlığa buraxılmasını tələb edirəm. Bütün xanımlarımız çox iffətlidir. Bizi bəyənmək və ya bəyənməmək lazım deyil. Bizim üçün ədalətli qərar vermənizi istəyirəm”.
Həbsdə olan müttəhimlərdən bir digəri Məltəm Baban da ağıllı insanlar olduqlarını söyləyib:
"Bizim tək günahımız Adnan Oktarı sevməkdir. Bizə "dağılın" deyirlər, bu mümkün deyil. Adnan Oktarı sevmək dünyanın ən böyük zövqüdür. 10 min il deyil, 20 min il olsa belə Adnan Oktarı ömrümün sonunacan sevməyə davam edəcəm. Hamımızın bəraət qazanmasını istəyirik".
Qeyd edək ki, Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya) 8 658 il həbs cəzası verilib.
Ayşən