Adnar Oktarın məhkəməsi ilə bağlı YENİ XƏBƏR: bir nəfər azadlığa buraxıldı

Adnar Oktarın məhkəməsi ilə bağlı YENİ XƏBƏR: bir nəfər azadlığa buraxıldı
DÜNYA
12:55 22.05.2024
141
Adnan Oktar cinayəti ilə bağlı davam edən iş üzrə bu gün keçirilən iclasda məhkəməyə çıxarılan 4 müttəhimdən 1-nin azadlığa buraxılmasına qərar verilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 1-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə məhbus şübhəlilər Əli Sadun Engin, Paşa Durmuş, Orkun Şimşək və 4 məhbus şübhəli iştirak edib.

İclasda tərəflərin vəkilləri iştirak ediblər. 

Təqsirləndirilən şəxsin vəkilləri təşkilatın qərargahının Anadolu tərəfində olduğunu əsas gətirərək işə Anadolu 1-ci Ağır Cəza Məhkəməsində baxılmasını istəyib. Məhkəmə kollegiyası yekdilliklə bu tələbi rədd edib.

Məhkəmə müvəqqəti qərarını açıqlayaraq mütəhhimlərdən Paşa Durmuşun azadlığa buraxılmasına qərar verib.

Saxlanılan digər təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin davam etdirilməsi qərara alınıb və iclas oktyabrın 15-16-17-nə təxirə salınıb.

Gülay
OXŞAR XƏBƏRLƏR